İranın ali rəhbərinin hərbi müşaviri Mohsen Rzayi bildirib ki, Çin kimi neft alıcısı ölkələr ABŞ-ın Hörmüz boğazı yaxınlığında ticarət gəmilərini və neft tankerlərini bloklamaq cəhdinə dözməyəcək.
“Əgər onlar ticarət gəmilərinin və neft tankerlərinin keçidini bağlamaq istəsələr, bu, yalnız neft bazarında gərginliyi artırmayacaq, həm də Çin kimi neft alıcıları bu vəziyyətə dözməyəcək,” – deyə Rzayi bildirib.
Keçmiş SEPAH komandiri ABŞ-ı belə bir blokadadan çəkindirməyə çağıraraq bildirib ki, İran bunu müharibə aktı hesab edir.
“Mən ABŞ ordusuna tövsiyə edirəm ki, Oman dənizi onların gəmiləri üçün qəbiristanlığa çevrilməzdən əvvəl geri çəkilsin,” – deyə o əlavə edib.
visiontv.az