Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik brifinqdə bildirib ki, Tehran diplomatik prosesi ciddi şəkildə davam etdirir, ancaq qarşı tərəfin təhdidləri və ziddiyyətli davranışları İranı geri addım atmağa məcbur etməyəcək.
O, İranın istənilən ssenariyə hazır olduğunu vurğulayaraq deyib ki, hər hansı hücum və ya eskalasiya halında Tehran sərt cavab verəcək.
Bəqayi, habelə əlavə edib ki, İran silahlı qüvvələrinin düşmən üçün “yeni sürprizləri” olacaq.
visiontv.az