İran Hörmüz boğazını məhdudiyyətsiz açmalıdır
18.05.2026

Bu barədə Almaniyanın kansleri Frederik Merz sosial media paylaşımında bildirib.

Merz X platformasında yazıb: “İran ABŞ ilə ciddi danışıqlara başlamalı, qonşularını təhdid etməyi dayandırmalı və Hörmüz boğazını məhdudiyyətsiz açmalıdır.”

O, həmçinin İranın Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə qarşı yenilənmiş hava hücumlarını pisləyib və nüvə obyektlərinə edilən hücumların bölgədəki insanları təhlükəyə atdığını bildirib.

“Zorakılığın daha da eskalasiyasına yol verilməməlidir,” – deyə Merz əlavə edib.

visiontv.az