Mnatsakanyanın Misir səfəri nə vəd verir?-politoloq Rövşən İbrahimov
16.09.2020

Sentyabrın 14-də Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Misirə rəsmi səfər edib.

Visiontv.az xəbər verir ki, səfər çərçivəsində o, Dağlıq Qarabağ münaqişəsi və Şərqi Aralıq məsələsiə toxunub. Beləki, Mnatsakanyan regionda Türkiyənin sülhü təhdid altına aldığını söyləyib.

Mnatsakanyanın Misirə səfəri ilə bağlı Cənubi Koreyanın Hankuk universitetinin professoru, politoloq Rövşən İbrahimovun fikirlərini alıb. İlk olaraq, politoloq düşünür ki, bu səfəri ciddi hesab etmək olmaz.

“Mnatsakanyanın Misirə bir neçə gün əvvəl başladığı səfəri heç ciddi qiymətləndirmək lazım deyil. Burada qeyd etmək lazımdır ki, Ermənistanın Misirdə öz mövqeyi və maraqları çərçivəsində hansısa dəyişikliyə nail olmaq üçün böyük bir potensialı yoxdur”.

Misirin Ermənistanın müstəqilliyini tanıyan ilk ərəb dövləti olduğuna diqqət yetirən politoloq Misirdə 8 minə yaxın erməninin yaşadığını da qeyd edib. O, Misirin Dağlıq Qarabağ münaqişəsində ehtiyatlı və balansı mövqe saxladığını bildirib.

“Misirin Dağlıq Qarabağ münaqişəsinə mövqeyi balanslıdır və ehtiyatlı hərəkət edir. Beləki, Misir münaqişənin sülh yolu ilə həll edilməli olduğunu bəyan edir. Azərbaycanın mövqeyini dilə gətirməyə isə ehtiyatlanır. Burada diasporanın da rolunu danmaq olmaz”.

Politoloq Ermənistanın kiçik dövlət olması və Misirin də ciddi iqtisadi problemlər ilə üz-üzə olduğunu qeyd edən politoloq bu görüşün Ermənistanın iqtisadi potensialının artırılmasına gətirib çıxarmayacağını hesab edir. Bundan əlavə olara regionda baş verən proseslərin fonunda bu görüşü izah etmək də mümükündür.

“Ermənistan xarici işlər nazirinin səfərini Misirin Türkiyə ilə əlaqələrinin pozulması çərçivəsində də izah etmək olar. Amma Ermənistan özü o regionda oyunçu deyil. Nə Misirin Ermənistana nə də Ermənistanın Misirə xeyiri ola bilməz. Eyni zamanda Misir Azərbaycanla əlaqələri Ermənistanın xeyrinə pozmaq istəməz. Onun üçün də bu sadəcə sıravi xarici səfərdir, həm də iki dövlət arasında uzun müddətdir rəsmi səfər edilməyib”.

Zöhrab Mnatsakanyan görüş zamanı Türkəyinin həm Şərqi Aralıqda həm də Cənubi Qafqazda sabitliyi pozduğunu bəyan edib. Politoloq Ermənistanın bu addımını blöf kimi qəbul etmir və sadəcə yaranmış vəziyyətdən öz xeyrinə istifadə etmək istədiyini söyləyib.

“Mnatsakanyanın blöf etməsi üçün gərək hansısa addım atsın. O isə heç nə etməyib sadəcə rəsmi səfər edib. Bu isə normal bir prosedurdur, ölkələr aralarındakı münasibətləri sadəcə inkişaf etdirir. Şərqi Aralıqda Misir Türkiyənin mövqeyinə əks mövqe sərgiləyir və burada Ermənistan sadəcə kiçik çapda bundan bir xeyir görmək istəyir. Ola bilsin ki, Türkiyəni qıcıqlandıra bilər, lakin Misir regionda böyük oyuncu deyil və Ermənistan isə heç oyunçu deyil”.

Politoloq bu gedişlərin ətrafında Dağlıq Qarabağ münaqişəsində hərbi qarşıdurmanın yaranma ehtimalını aşağı qiymətləndirib.
“İki dövlətin diplomatik aktivliyi münaqişədə zəmin yaradır fikri ilə razı deyiləm. Düzdü bu ola da bilər olmaya da bilər. Fəallığın harada olması da önəmlidir”.

Rövşən İbrahimov Dağlıq Qarabağ münaqişəsi ətrafında diplomatik mühitin dəyişmədiyini söyləyib.

“Ukraynadan ciddi bir addım olmayıb, Türkiyə hər zamanki dəstəyini göstərir. Həm Azərbaycan həm də Ermənistan öz mövqelərinə dəstək istəyir. Ümumilikdə yeni bir hadisə baş verməyib”.

Bundan əlavə olaraq politoloq Ermənistan xarici işlər nazirinin səfərinin səbəbləri arasında başqa amillərin də rol oynadığını qeyd edib.

“ İki amili nəzərə almaq lazımdır. Birincisi koronavirus dövrüdür və rəsmi səfərlər azalıb. İkincisi isə yay mövsümü bitəndə diplomatik görüşlərin sayı artır. Eyni zamanda iki ölkə arasında uzun müddət görüşün olmamasını da qeyd etmək olar”, deyə Rövşən İbrahimov fikrini tamamlayıb.

Eurasia Diary