Mənim həqiqətlərim: Allah nə hakimiyyətdə oturanların, nə də millətin ağlını əlindən almasın
19.01.2026

Sosial media üzərindən yazdığım qeydlər.

İranda biznes və dini-siyasi elitada qarışdurma başladı.

X sosial şəbəkədə milyarder iş adamı Mohammad Saediniyanın, keçmiş prezidenti Həsən Ruhani və Zərfinin həbs edildiyi bildirilir.

Etirazlar növbəti mərhələyə keçir. Qarşıdurma ordu və SE*PAh arasında başlasa Trampa ehtiyac qalmayacaq.

***

İrandan yeni videolara baxıram. İnsanları qəddarcasına qırıblar. Yəni ordu, polis öz millətinə qarşı bu qədər qəddar ola bilər? Döymək, tutmaq, qovmaq başa düşürəm. Yoxsa avtomatı əlinə alıb qarşına çıxanı güllələmək... dəhşətli mənzərələrdir.

Allah nə hakimiyyətdə oturanların, nə də millətin ağlını əlindən almasın.

***

Uşaq, qadın, qoca qatillərini əsir götürməzlər. Ədalət yerindəcə bərpa olunmalıdır. Bu cür qatillərin bircə gün artıq yaşaması belə əlavə ağrı-acı yaradır.

***

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb. Telefon danışığı zamanı, regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub, iki qardaş ölkə arasında birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə olunub.

P.S. Vəziyyət nəzarətdədir narahat olmağa dəyməz. Heç kim sahibsiz deyil. Elə İranda da.

***

Yeni məlumatlara görə İranda öldürülənlərin sayı 12 minə çatıb. Tam bir qətliam baş verir. Pezeşkianın ağlı olsa günü sabah istefa verər ki mən bacarmadım. Yoxsa sonda bütün günahı o bədbəxtin boynuna qoyacaqlar

Şöhrət El-Dəniz

visiontv.az