İranda SEPAH-a məxsus dron bazası dağıdılıb - VİDEO
04.03.2026

Peyk görüntüləri İranın qərbində, İraqla sərhədə yaxın ərazidə yerləşən Kermanşah əyalətində pilotsuz uçuş aparatları (PUA) bazasının tamamilə məhv edildiyini göstərir.

Bununla bağlı, kəşfiyyat (OSINT) prinsipləri əsasında fəaliyyət göstərən və peyk görüntüləri paylaşan onlayn “Vantor” platforması məlumat verib.

Məlumata görə, sözügedən obyekt SEPAH tərəfindən idarə olunub və İsrail hədəfə alıb.

visiontv.az