Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır
12.11.2026

"Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır".

Bunu Moldova prezidenti  Maya Sandu  Avropa Siyasi Birliyinin Sammitindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Biz enerji sahəsində  Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıyıq. Enerji, xüsusilə Moldova da daxil olmaqla, hamı üçün problem yaratmağa davam edir. Son bir neçə il ərzində enerji mənbələrimizi diversifikasiya etmək və Rusiyadan asılılığımızı azaltmaq üçün çalışmışıq. Biz bu gün məhsuldar müzakirələr aparmağı və həll yolları tapmağı ümid edirik”.

visiontv.az