İrlandiya Baş naziri: Azərbaycan Avropanın iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində əlavə imkanlar açıb
12.11.2026

Avropa Siyasi Birliyinin ilk görüşlərindən birində avropalı vasitəçilərin iştirakı ilə Azərbaycan və Ermənistan arasında nizamlanmaya dair danışıqlar baş tutub.

Bunu İrlandiyanın Baş naziri Mixol Martin  Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycanın  Avropa Siyasi Birliyində iştirakı enerji resurslarının tədarükü məsələlərində, digər istiqamətlərdə əhəmiyyətli irəliləyişlərə gətirib çıxarıb və  Avropanın iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi üçün əlavə imkanlar açıb. Həm qitənin iqtisadi təhlükəsizliyinin, həm də hibrid hücumlardan və digər təhdidlərdən qorunmanın təmin olunmasında çox şeyə nail olmaq mümkündür. Avropa Siyasi Birliyinin ilk görüşlərindən birində avropalı vasitəçilərin iştirakı ilə  Azərbaycan və Ermənistan arasında nizamlanmaya dair danışıqlar baş tutub. Bu danışıqlar kifayət qədər məhsuldar olub. Münaqişələrin nizamlanmasında müsbət nəticələrin əldə edilməsinə töhfə verən müzakirələr çox vaxt qeyri-rəsmi şəraitdə keçirilir”, - deyə o qeyd edib.

visiontv.az