Erməni lobbisinin ABŞ-dəki ən böyük təşkilatı olan ANCA seçkini ermənilər üçün "böyük qələbə" kimi təqdim edib. Rəqəmlər ANCA-nın öz məlumatıdır, müstəqil təsdiq tələb edir. ANCA bu seçkilərdə Senat və Palata üçün 64 namizəd dəstəkləyib. Onların iddiasına görə, dəstəklədiyi namizədlərin 90%-i qalib gəlib.
Senatda ANCA-nın dəstəklədiyi bütün 7 senat namizədi qazanıb. Bu, Azərbaycana görə ən vacib məqamdır. Çünki Senatın Xarici Əlaqələr Komitəsinin sədri ANCA-nın adamı olacaq. Nümayəndələr Palatasında isə ermənilərin dəstəklədiyi 55 namizəddən 50-i qalib gəlib. Frenk Pallone və Qus Bilirakis kimi Erməni Məsələləri Qrupunun həmsədrləri geri qayıdıb. ANCA bu seçkidəki prioritetlərini də elan edib: Qarabağ ermənilərinin geri qayıtması, Azərbaycana qarşı sanksiyalar, Bakıda həbsdə olan erməni canilərin azad edilməsi, Ermənistanın təhlükəsizliyi və 907-ci maddənin bərpası.
Qorxutmaq üçün demirəm amma yanvar ayından Konqresdə Azərbaycana qarşı qanun çıxarmaq istəyən 50 ermənipərəst oturacaq və onların arxasında ANCA dayanır.
Şöhrət El-Dəniz
visiontv.az