Bu barədə "Fars" agentliyinə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava-Kosmik Qüvvələri komandanının müşaviri Əli Bilali məlumat verib.
"Hörmüz" raketi RLS sistemlərinə qarşı mübarizə məqsədilə hazırlanıb və birbaşa radiolokasiya şüalanması mənbələrinə tuşlanmaq qabiliyyətinə malikdir", - deyə İran agentliyi onun sözlərini sitat gətirir.
Bilalinin sözlərinə görə, yerli mütəxəssislərin əsas nailiyyətlərindən biri düşmənin radar avadanlıqlarını aşkar edib zərərsizləşdirmək üçün RLS şüalanmasından istifadə edən raketlərin yaradılmasıdır.
O vurğulayıb ki, bu amil İranın raket sənayesinin artıq mövcud texnologiyaların kopyalanması mərhələsini geridə qoyduğunu və döyüş meydanının tələblərinə uyğun olaraq yeni növ silahlar istehsal edə bildiyini sübut edir.
visiontv.az