“Maralfalfa və digər bitkilərin yemçilikdə rolu” mövzusunda tədbir keçirilib
26.02.2022

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Maralfalfa və digər bitkilərin yemçilikdə rolu” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə institutun direktoru Faiq Xudayev, “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquliyeva, “Fructus” şirkətinin direktoru Bəxşi Rasim, Dövlət Toxum Fondundan Alqayıt Hüseynov, Dominikan Respublikasının Semilleros Progreso Maralfalfa S.R.L şirkətinin mütəxəssisi Pedro Alpredo Ricardo Avila və s. heyvandarlıq və yemçilik sahəsində fəaliyyət göstərən fermerlər, sahibkarlar və istehsalçılar iştirak ediblər.
Maralfalfa bitkisi üzrə mütəxəssis P.Alfredo tədbir ərzində maralfalfanın becərilməsi, əhəmiyyəti, satışı və orijinal anac çiliklərin üstünlükləri barədə geniş məlumat verib, yaranan sualları ətraflı şəkildə cavablandırıb.   

İnstitutun direktoru F. Xudayev ölkədə yemçiliyin inkişafında heyvanların tam dəyərli yem rasionları ilə yemləndirilməsində maralfalfa bitkisinin mühüm rolu olduğunu vurğulayıb və anac çiliklərin Azərbaycanda əkininin həyata keçirilməsini təklif edib. 

Tədbir iştirakçıları maralfalfa bitkisinin əkininin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Visiontv.az