Lavrov Azərbaycana gəlir
14.10.2026

Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.

Bu barədə Rusiya  Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sammitdə  AQEM-in gələcək inkişafı, o cümlədən təşkilatın  Avrasiya məkanında çoxtərəfli əməkdaşlıq sisteminə inteqrasiyası məsələləri müzakirə olunacaq.

visiontv.az