İranda məcburi hicaba qarşı etirazlar davam edir: Real faktlar
14.10.2026

İranda qadınların məcburi hicaba qarşı müqaviməti davam edir. Son həftələrdə baş verən bir neçə hadisə bunu göstərir.

28 sentyabr 2026-cı ildə Tehranın Əllamə Təbatəbai Universitetində tələbələr məcburi hicab qaydalarına etiraz ediblər. Onlar həmçinin həbsdə olan tələbələrin azad edilməsini və universitet şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Avqust ayında İranın Birjənd şəhərində bir kafe məcburi hicab qaydalarına əməl olunmadığına görə bağlanıb. Tehranda da bir sıra kafelərin fəaliyyətinə hicab qaydaları ilə əlaqədar məhdudiyyətlər tətbiq edildiyi bildirilir.

28 sentyabrda Evin həbsxanasında saxlanılan 23 qadın siyasi məhbusun həbsxana şəraitinə və əməkdaşların davranışına etirazlarından sonra ailələri ilə görüş hüquqlarının məhdudlaşdırıldığı açıqlanıb. Etirazların səbəbləri arasında həbsxanada məcburi hicab tətbiqi də göstərilib.

13 oktyabrda isə İranda “Edamlara yox — etiraz çərşənbə axşamları” kampaniyası 142-ci həftəsinə çatıb. Kampaniyanın açıqlamasına görə, 66 həbsxanada məhbuslar ölüm hökmlərinə qarşı aclıq aksiyası keçiriblər.

Bütün bunlar İranda qadınların geyim azadlığı, siyasi məhbusların hüquqları və ölüm cəzası ətrafında etirazların davam etdiyini göstərir…

Hicab deyə özünü öldürənlər Azərbaycanı da bu hala salacaqlarının fərqində deyillər. Çünki dünyanın gəlişindən-gedişindən bixəbərdirlər…

Elbəyi Həsənli

visiontv.az