Konqoda Ebola qurbanlarının sayı artır: Qorxunc xəstəlik beş regiona yayılıb
15.07.2026

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu qurbanlarının sayı daha da artıb.

Visiontv.az  "Reuters" agentliyinə istinadən xəbər verir ki, xəstəliyə yoluxma üzrə təsdiq edilmiş halların sayı 2 011-ə yüksəlib. Bu hallardan 754-ü ölümlə nəticələnib.

Bildirilir ki, Ebola xəstəliyi artıq KDR-in şərqindəki beş regionu əhatə edib.

KDR-də və Uqandada Ebola epidemiyası may ayında qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə iyunun 15-də bununla əlaqədar fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, ÜST rəsmisi Konqoda Ebola virusuna yoluxanların və ölənlərin sayının rəsmi rəqəmlərdən dəfələrlə çox olduğu barədə açıqlama verib.

visiontv.az