İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İsrailin yox olmasını hədəfləyən istənilən İran rəhbəri "məhv ediləcək".
İranın mərhum lideri Əli Xameneyinin vida mərasimi zamanı yayımlanan açıqlamasında Katz iddia edib ki, Xameneyi İsrailə qarşı planların əsas təşkilatçısı olduğu üçün İsrail tərəfindən hədəfə alınıb və öld*ürülüb.
Nazir, habelə, Tehranda keçirilən vida mərasimində səsləndirilən "Trampa öl*üm olsun!" şüarlarına toxunaraq bildirib ki, bu şüarlar onun fikrincə, İran hakimiyyətinin mövqeyini və siyasətini əks etdirir.
visiontv.az