İranlılar Türkiyəyə gedə bilmir
11.02.2026

Xüsusən son dövrlər Türkiyəyə səfər edən iranlıların sayında kəskin azalma müşahidə olunur.

Bu barədə Fransanın AFP xəbə agentliyi məlumat yayıb.

"İran pulunun kəskin şəkildə ucuzlaşması iranlıların Türkiyəyə səfər etməməsinin əsas amilidir",- məlumatda bildirilib.

Qeyd olunub ki, İran valyutasının ucuzlaşması, iranlıların böyük bir hissəsi üçün səyahət, alış-veriş və hətta Türkiyədə ucuzlu hotellərdə qısamüddətli qalması artıq mümkün deyil.

visiontv.az