İranın anti-Azərbaycan mövqeyi ilə tanınan bədnam siyasi şərhçisi Ehsan Movəhhediyan “X” hesabında Azərbaycan, ABŞ, Türkiyə və Pakistanın iştirakı ilə İzmirdə keçirilən birgə hərbi təlimlə bağlı qərəzli paylaşım edib.
Onun yazdığına görə, təlimə Türkiyə ordusu, Azərbaycan Hərbi Dəniz Qüvvələri, ABŞ-dən bir təhlükəsizlik qrupu, eləcə də Pakistan ordusuna məxsus dəniz patrul təyyarəsi qatılıb.
Movəhhediyan paylaşımında bu hərbi təlimin məqsədini sual altına alaraq bildirib: “Bunlar hansı dövlətlərlə müharibə etmək istəyirlər ki, davamlı olaraq dənizdə döyüş təlimi keçirirlər? İran, Rusiya və Çin!”
visiontv.az