İranın yeni reallığı: qurumuş göllər, yanan meşələr və havanın çirklənməsi
08.12.2025

Sosial şəbəkələrdə son günlər İranın dərinləşən ekoloji problemlərini göstərən görüntlər yayımlanıb. Paylaşımlarda Urmu gölünün tamamilə qurumuş görüntüləri, Kərəc bəndinin suyunun çəkilmiş vəziyyəti, Hirkan meşələrindəki yanğınların təsvirləri və Tehranda havanın çirklənməsi ilə bağlı kadrlar yer alıb.

İstifadəçilər bu görüntülərin üzərinə tənqidi qeydlər yazaraq ölkənin ekoloji fəlakət həddinə çatmasında hakimiyyətin məsuliyyət daşıdığını vurğulayıblar. Xüsusilə, paylaşılan bir görüntü sosial mediada viral olub: burada İranın ali rəhbəri Əli Xameneyi ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın fotosu yanaşı verilib və üzərinə “Biri çayları səhraya, digəri səhraları çaya çevirib” yazılıb.

Onlar qeyd ediblər ki, artıq ölkədə məktəblər qarlı hava yox, havanın təhlükəli dərəcədə çirklənməsi səbəbindən bağlanır.

visiontv.az