Bunu İran Döş Xərçəngi Assosiasiyasının rəhbəri Nahid Nəfisi deyib.
O, bildirib ki, İranda hər il təxminən 20-22 min yeni döş xərçəngi halı qeydə alınır.
Nəfisi, stress, hava və qida çirkliliyi, evlilikdə və uşaq doğuşunda gecikmə kimi amilləri yoluxmanın artmasının səbəbləri kimi göstərib və ictimaiyyətin müayinə ilə bağlı məlumatlılığının aşağı səviyyədə qaldığını vurğulayıb.
Döş Xərçəngi Assosiasiyasının rəhbəri həmçinin xəbərdarlıq edib ki, bəzi xəstələr ənənəvi tibbə meylli olduqları və ya xəstəlik diaqnozu qoyulmaq qorxusu səbəbindən həkimə müraciəti təxirə salırlar; bu məsələ müalicə şansını xeyli azaldır.
visiontv.az