ABŞ Danimarka ilə Cənubi Qrenlandiyada üç yeni hərbi baza açılması barədə məxfi və müntəzəm danışıqlar aparır.
Məlumata görə, yeni bazalar ABŞ-ın suveren ərazisi statusu alacaq.
Bu obyektlərin əsas məqsədi GIUK Gap bölgəsində Rusiya və Çinin dəniz fəaliyyətinin izlənməsi olacaq. GIUK Gap Qrenlandiya, İslandiya və Böyük Britaniya arasındakı strateji dəniz marşrutu hesab edilir.
Hazırda ABŞ-ın Qrenlandiyada yalnız bir hərbi obyekti - Pituffik Kosmik Bazası fəaliyyət göstərir. Soyuq müharibə dövründə isə bu bazaların sayı təxminən 17 idi.
visiontv.az