Bizim başqa yolumuz yoxdur: Hörmüz boğazını açmalıyıq
13.05.2026

İran Ticarət Palatasının İdxalın İdarəolunması Komissiyasının sədr müavini Davud Rəngi, “Eghtesad News”a açıqlamasında bildirib ki:

“Bizim başqa yolumuz yoxdur. Hörmüz boğazını açmalı və ticarətin normal şəkildə davam etməsini təmin etməliyik.”

O əlavə edib: “Əgər bu gün Hörmüz boğazının bizim üçün əhəmiyyəti 100-dürsə, iki aydan sonra bu göstərici 80-ə, bir ildən sonra isə 20 və ya 30-a enəcək.”

Rəngi vurğulayıb ki, körfəz ölkələri neft ixracı və ticarət üçün alternativ marşrutlara yönələcəklər.

O həmçinin qeyd edib: “Hörmüz boğazının bağlanması o deməkdir ki, biz öz əlimizlə həmin bölgədəki ticarətimizi dayandırır və ölkəyə böyük iqtisadi zərər vururuq.”

visiontv.az