İranda qorxulu görüntülər: evdə hazırlanmış qaz bidonları ilə şou göstərdilər
25.04.2026

Sosial mediada yayılan videoda İslam Respublikasının tərəfdarlarından birinin avtomobilinin arxa hissəsinə raket modeli quraşdırdığı görünür.

Kadrlarda evdə hazırlanmış raketin avtomobilin içərisində qaz balonları ilə yandırıldığı və alovun təhlükə saçması diqqət çəkir.

Videoda ən çox narahatlıq doğuran məqam isə bu təhlükəli hərəkətin avtomobildə uşaq olduğu halda həyata keçirilməsidir. Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çox istifadəçi hadisəni “məsuliyyətsizlik” adlandırıb.

visiontv.az