“Politico” nəşri yazır ki, krallıq rəsmiləri boğazın mühafizəsi missiyası çərçivəsində avtonom minaəleyhinə sistemlərin təqdim ediləcəyini təsdiqləyiblər. Müəllif qeyd edir ki, bu, Britaniyanın Fars körfəzində təhlükəsizliyin təmin olunmasına qoşulmaq cəhdidir:
“Böyük Britaniya və Fransa bu ticarət arteriyasında gəmilərin sərbəst hərəkətini təmin etmək və martın əvvəlində boğazın bağlanmasının iqtisadi fəsadlarını yumşaltmaq məqsədilə bir sıra birgə görüşlər keçirib.
Lakin iştirakçı ölkələr bu təşəbbüsdə ABŞ-ın hansı rolu oynamalı olduğu barədə ortaq məxrəcə gələ bilmirlər. Ağ Ev isə Avropanın köməyinə ehtiyacı olmadığını israrla vurğulayır. Xatırladaq ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp Britaniya hərbi dəniz qüvvələrini “oyuncaq” adlandırmışdı”.
visiontv.az