“Avropa ikili standartlar tətbiq etməklə və ya reallığı bəsitləşdirməklə güclənməyəcək”
24.04.2026

Avropa İttifaqı Şurasının keçmiş rəhbəri Mişel fon der Lyayenin Rusiya, Çin və Türkiyənin Avropaya mənfi təsiri barədə dediyi sözlərə cavab verib.

Mişel Türkiyənin əhəmiyyətini vurğulayaraq aşağıdakı amilləri qeyd edib:

Türkiyə NATO-nun əsas müttəfiqidir;

Miqrasiya məsələləri üzrə mühüm tərəfdaşdır;

Enerji dəhlizidir;

Avropanın müdafiə sektorunda böyük oyunçudur;

Və ciddi regional dövlətdir.

“Avropa ikili standartlar tətbiq etməklə və ya reallığı bəsitləşdirməklə güclənməyəcək” - deyə o bildirib.

visiontv.az