ABŞ–İran münasibətləri faktiki olaraq açıq qarşıdurma mərhələsinə keçib və mövcud “atəşkəs” sadəcə müvəqqəti fasilə xarakteri daşıyır. Al Jazeeranin məlumatına görə, tərəflər diplomatiyadan danışsa da, real ritorika ultimatum və hədələr üzərində qurulub.
ABŞ prezidenti açıq şəkildə bildirir:
“If the ceasefire expires without a deal, then lots of bombs start going off”
(Tərcümə: “Əgər atəşkəs razılaşma olmadan bitsə, çoxlu bombalar partlamağa başlayacaq.”)
Digər tərəfdən, İran parlamentinin spikeri daha sərt mövqe nümayiş etdirir:
“We do not accept negotiations under the shadow of threats… we have prepared to reveal new cards on the battlefield”
(Tərcümə: “Biz hədələr altında danışıqları qəbul etmirik… döyüş meydanında yeni kartlar açmağa hazırıq.”)
Bu bəyanatlar açıq göstərir ki, ortada real sülh prosesi yoxdur. Diplomatik ritorika sadəcə örtük rolunu oynayır. Əslində isə tərəflər eyni vaxtda həm danışıqlara hazır olduqlarını deyir, həm də hərbi eskalasiyaya hazırlaşdıqlarını açıq bəyan edirlər.
Elbəyi Həsənli
visiontv.az