İranda təbliğat paradoksu: hicabsız qadınlar “sadiqlik nümayişi”ndə
24.04.2026

Sosial mediada yayılan görüntülərdə İranın müxtəlif şəhərlərində hicabsız və ya qeyri-adi formada hicab geyinən qadın və qızların İslam Respublikasını dəstəkləyən tədbirlərdə iştirak etdiyi görünür.

Bəzi qadınların ənənəvi hicab qaydalarına uyğun olmayan geyim tərzi ilə küçələrdə yürüş və mitinq tipli tədbirlərdə rejim tərəfdarı şüarlar səsləndirdiyi bildirilib. Bu isə ölkədə illərdir hicab qaydalarının sərt şəkildə tətbiq olunması fonunda diqqət çəkib.

İran qadınları arasında hicab anlayışı birmənalı deyil və geyim tərzi bölgələrə, nəsillərə və sosial mühitə görə ciddi şəkildə fərqlənir. Bir çox qadın mövcud məhdudiyyətlər daxilində belə fərdi seçimlərini göstərməyə çalışır.

Hadisə İran cəmiyyətində hicabla bağlı davam edən gərgin müzakirələr və rejimin ictimai nəzarət siyasəti fonunda yeni suallar doğurub.

visiontv.az