İranda polis iki mülki vətəndaşı öldürüb
09.12.2025

İranın Kirman şəhərində polisin minik avtomobilinə atəş açması nəticəsində Din Məhəmməd və Əmin adlı iki mülki şəxs həlak olub, başqa iki nəfər isə həbs edilib.

Bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, minik avtomobilinə Kirman şəhərinin girəcəyində polis postuna yaxınlaşdığı zaman əvvəlcədən xəbərdarlıq edilmədən atəş açılıb.

Rəsmilər mülki vətəndaşlara atəş açılmasının səbəbləri barədə açıqlama verməyiblər.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluc həlak olub, 114 bəluc isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

visiontv.az