İran rialı ABŞ-la qarşıdurma fonunda yenidən dəyər itirib; milli valyutanı dəstəkləmək üçün 2 milyard dollar dövriyyəyə buraxılıb.
ABŞ-la qarşıdurmanın davam etdiyi və İran limanlarına qarşı ABŞ-ın dəniz blokadasının sürdüyü bir vaxtda İran rialının dəyəri yenidən azalıb. Bununla yanaşı, Mərkəzi Bank milli valyutanı dəstəkləmək məqsədilə maksimum 2 milyard dollar dövriyyəyə buraxacağını açıqlayıb.
İranın azad valyuta bazarındakı məzənnələri izləyən “Bonbast” saytı bildirib ki, ABŞ dollarının satış qiyməti şənbə günü, , təxminən 2 milyon 688 min riala çatıb. Cümə günü isə bu göstərici 2 milyon 632 min rial olub.
Eyni zamanda, “AlanChand” saytı şənbə günü dolların qiymətini 2 milyon 695 min rial səviyyəsində göstərib. (269min 500 tümən ≈ 270 min tümən)
Bununla yanaşı, dövlət bankları İran rialını dəstəkləmək məqsədilə maksimum 2 milyard dollar satışına başlayıb. Məlumatlara görə, İranın milli valyutası son bir il ərzində dəyərinin yarısından çoxunu itirib.
visiontv.az