UKMTO: SEPAH Hörmüz boğazından keçən tankeri geri dönməyə məcbur edib
05.10.2026

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən neft tankerinə geri dönmək barədə xəbərdarlıq edib.

 Bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları (UKMTO) qurumu məlumat yayıb.

Məlumata görə, SEPAH tankerin kapitanına geri dönməli olduğunu, əks halda gəminin hədəfə alına biləcəyini bildirib. Kapitan göstərişə əməl edib.

Hadisə Oman ərazisindəki Khasab şəhərindən təxminən 20 kilometr şimalda baş verib.

visiontv.az