Urmiyə (Urmu) gölündə suyun həcmi son hesablamalara görə 2 milyard 520 milyon kubmetrə düşüb. Bu göstərici göldə su ehtiyatlarının azalma tendensiyasının davam etdiyini göstərir.
Son hesablamalara əsasən, Urmiyə gölünün su həcmi təxminən 15 gün ərzində 150 milyon kubmetr azalıb. Bu rəqəm yazın sonu ilə müqayisədə isə 1 milyard 780 milyon kubmetr azdır.
Bununla yanaşı, Qərbi Azərbaycan Regional Su Şirkəti gölün su həcminin sentyabrın 28-də 2 milyard 520 milyon kubmetrə çatdığını açıqlayıb. Bildirilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 dəfədən çoxdur.
visiontv.az