Zelenski: Almaniya ilə 8,5 milyard avro dəyərində 15 saziş imzalanıb
05.10.2026

Ukrayna və Almaniya arasında ümumi dəyəri 8,5 milyard avrodan çox olan 15 saziş və sənəd imzalanıb.

Bunu Ukrayna Prezidenti  Volodimir  Zelenski  Almaniya kansleri Fridrix Mertslə Kiyevdə görüşündən sonra bildirib.

Onun sözlərinə görə, sazişlər təhlükəsizlik əməkdaşlığı, müdafiə sənayesi, silah və avadanlıqların alınması, eləcə də Ukraynada birgə layihələri əhatə edir.

Zelenski qeyd edib ki, əməkdaşlığın əsas istiqamətlərindən biri pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarının, o cümlədən ələkeçirici dronların, kiçik raketlərin, radarların, pilotsuz yerüstü sistemlərin və artilleriyanın inkişaf etdirilməsidir.

Ukrayna Prezidenti hava hücumundan müdafiənin gücləndirilməsi və  Almaniyada “Patriot” sistemləri üçün raket istehsalının artırılması istiqamətində də işlərin davam etdiriləcəyini bildirib.

Zelenski həmçinin  Almaniyanın digər  Avropa ölkələri və şirkətləri ilə birlikdə FREYJA proqramında iştirakını xüsusi qeyd edib. Proqram  Avropada ballistik raketlərə qarşı müdafiə imkanlarının yaradılmasını nəzərdə tutur.

Bundan əlavə, tərəflər Ukraynanın enerji sektoruna dəstəyi müzakirə ediblər.

visiontv.az