Şərqi Azərbaycan əyalətinin Marağa və Hormozqan əyalətinin Bəndər Abbas şəhərlərində iki qadın həyat byoldaşları tərəfindən öldürülüb.
Bu barədə qadın haqları fəalları məlumat yayıb.
Marağalı qadın odlu silahla, Bəndər Abbasda isə soyuq silahla ailə münaqişəsi zəminində qətlə yetiriliblər.
Qeyd edək ki, bundan əvvəl verilən məlumata görə, aprel-sentuyabr ayları ərzində İranda 78 qadın yaxın ailə üzvləri tərəfindən öldürülüb.
İnsan haqları müdafiəçiləri öldürülən qadınların sayının rəsmi statistikada göstəriləndən daha çox olduğunu bildirirlər.
Onların fikrincə, İran qanunlarına əsasən, namus məsələsinə görə qadını öldürənlərin cəzası yüngüldür. Buna görə də qatillərin sayı azalmır.
visiontv.az