Mazandaran əyalətinin Sari şəhərinin İnqilab Məhkəməsi islam dininin bəhai təriqətinə mənsub olan Nazənin Abedini haqqında qərar həbs qərarı verib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, o, 3 il həbs və 8 il sosial hüquqlardan məhrum edilmə cəzasına məhkum edilib.
Abedini "İran İslam Respublikasına qarşı təbliğat" və "İran İslam Respublikasına müxalif qrupların xeyrinə təbliğat"da ittiham olunub.
Onun ailəsinə yaxın bir mənbə bildirib ki, Nazənin Abedini yalnız uşaqlara musiqi öyrətdiyinə görə cəzalandırılıb.
visiontv.az