İran Türkiyəni İsrailin işğalından xilas edib?
16.11.2026

CNN Türk ekranına çıxarılan iddiaya görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai “Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya və İraqı İsrail işğalından İran və Müqavimət cəbhəsi qorudu” deyib. Bu, faktla əsaslandırılmayan, İranın rolunu şişirdən təbliğat ritorikasıdır. Xüsusən İsrailin Türkiyəni işğal etməsi qətiyyən mümkün deyil.

Hətta ən avanturist politoloqlar belə bunu heç ehtimal kimi də dilə gərirmirlər…

Rzainin bu yekəbaş bəyanatı onun Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə salamlaşma tərzinə görə Azərbaycanda tənqid olunduğu vaxtdan çox keçməmiş səslənir. Həmin jest bir çoxları tərəfindən diplomatik hörmətsizlik kimi qiymətləndirilmişdi.

Məkkə müdafiə sazişi isə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanıb. İran rəsmiləri rəsmi dəvət almadıqlarını, amma regional təhlükəsizlik barədə dialoq təkliflərinin müzakirə olunduğunu bildiriblər. Deməli, İranın bu sazişə qoşulmaq istəyi var. Buna baxmayaraq belə aşağılayıcı bəyanat verirlər…

Əlbəttə, İranın təbliğat bəyanatları qüvvələr nisbətini dəyişmir. Türkiyə 1952-ci ildən NATO üzvüdür; ölkənin müdafiə sənayesi də genişlənərək 2025-ci ildə 10 milyard dollardan çox müdafiə və aviasiya ixracı edib. Ən azı bu faktlara görə Rzainin “İran Türkiyəni işğaldan xilas etdi” iddiası gülünc görünür. İsrailin Türkiyəni işğal edəcəyi barədə bu çıxış real hərbi ssenaridən çox, İranın özünü olduğundan böyük göstərmək cəhdindən başqa bir şey deyil…

Elbəyi Həsənli

visiontv.az