Həmədan əyalətinin Məlayer şəhəri və Şiraz şəhərinin həbsxanalarında daha iki məhbusun edam hökmü yerinə yetirilib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, Hüseyn Mirzayi və Fatimə Fərhadi adlı məhbuslar qətldə günahlandırılıblar.
İran məhkəməsi və rəsmi dövlət mediası edamlar barədə məlumat yaymayıb.
Qeyd edək ki, İran İnsan Haqları Təşklatının son hesabatına görə cari ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında 700-dən çox məhbus edam edilib. Dar ağacıdan asılanların siyahısında 23 qadın, 28 xarici vətəndaş, 41 etirazçı və 15 siyasi məhbusun da adı var.
visiontv.az