İran məhbus jurnalistlərin sayına görə dünyada 7-ci yerdədir
10.12.2025

Sərhədsiz Reportyorlar Təşkilatı: İran jurnalistlərın həbsxanadır

İranda 21 jurnalistin həbsdə olması və 1 jurnalistin də itkin düşməsi səbəbindən bu ölkə dünyada ən çox jurnalistin həbsdə olduğu ölkələr arasında 7-ci yerdə qərarlaşıb.

Bu, Sərhədsiz Reportyorlar Təşkilatının son hesabatında yazılıb.

Bununla yanaşı Sərhədsiz Reportyorlar Təşkilatı İranıın adını ən çox jurnalistin sürgündə olduğu 10 ölkə siyahısında da qeyd edib. 

Siyahıda Əfqanıstan, Rusiya, Sudan, Belarus, Myanma, El Salvador və Qırğızıstan yer alır, İran isə sürgündə olan jurnalistlərin sayına görə dördüncü yeri tutur.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra mediaya qarşı təzyiqlər artıb və 150 jurnalist işdən qovulub.

Azad İnformasiya Axınını Müdafiə Təşkilatının son hesabatına əsasən cari ilin ilk yarısında İranda 46 jurnalist və media qurumuna qarşı cinayət işi açılıb.

visiontv.az