Vəziyyət çox pisdir. Son altı aydır ki, ölkəni idarə etmək çox çətin olub. Aylıq subsidiyalar və əmək haqqı ödənişləri üçün pulun haradan əldə edəcəyimizlə bağlı çətinliklərimiz olur.
Bunu İraın iqtisadiyyat naziri Əli Mədənizadə deyib.
"Ölkədəki kiçik və orta sahibkarlıq ciddi şəkildə təsirlənib və yay fəslində ölkədəki işsizlərin sayı təxminən 650 min nəfər artıb”,- o əlavə edib.
Mədənizadə hazırda ölkədə "nə sülh və nə müharibə" şərayitinin hökm sürdüyünü bildirib:
"Bu isə vəziyyətin dahada qeyri-müəyyən və çətin olaraq qalmasına səbəb olur".
visiontv.az