Regionun enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verən Azərbaycan hazırda 14 ölkəyə, o cümlədən Slovakiyaya qaz nəql edir. Azərbaycan həm Slovakiyaya, həm də onun qonşularına daha çox qaz nəql etmək niyyətindədir. Bunu Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata birgə bəyanatlarında deyib.
Azərbaycan ilə Slovakiya arasında yalnız enerji deyil, iqtisadiyyatın fərqli sahələrində əməkdaşlığı gücləndirilməsi imkanları var. Ötən il ölkələr arasında ticarət dövriyyəsi 46 milyon dollar olub. Bu ilin ilk 9 ayında isə 31 milyon dollara yaxın dövriyyə qeydə alınıb. İqtisadi potensialı nəzərə alsaq, tərəflər arasında ticarət dövriyyəsini daha da artımaq üçün ciddi imkanlar var.
Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya səfəri yalnız ikitərəfli münasibətlərdə deyil, bütövlükdə Mərkəzi və Şərqi Avropa dövlətləri ilə əlaqələrdə yeni səhifə açacaq. Bütövlükdə, ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir.
Millət vəkili Vüqar Bayramov
visiontv.az