İran “Ənsarullah” (husilər) hərəkatından Yaxın Şərqdəki gərginliyi azaltmağa və ABŞ-la danışıqlar kanalı açmağı nəzərdən keçirməyə çağırıb. Bu barədə İraqın “Shafaq News” xəbər agentliyi mənbələrə istinadən məlumat verib.
Bildirilib ki, Tehranın mesajını husilərə İraqın keçmiş baş naziri (2018-2019) Adil Əbdül Mehdi bu yaxınlarda Sənaya səfəri zamanı çatdırıb.
Qeyd olunub ki, təklif ABŞ-nin hava zərbələrinə son qoymaq şərti ilə Qırmızı dəniz və Bab əl-Məndəb boğazında husilərin hücumlarının dayandırılmasını ehtiva edir.
visiontv.az