İranlı idmançılar milli himni oxumadılar
03.03.2026

Qadınlardan ibarət İran milli futbol komandasının üzvləri Asiya Kubokunda oyundan əvvəl himnlərini oxumaqdan imtina ediblər.

Avstraliyada keçirilən matçda iranlı futbolçular Cənubi Koreya millisi ilə qarşılaşıblar.

Baş məşqçi Mərziyə Cəfəri başda olmaqla, bütün futbolçular oyundan əvvəl səsləndirilən milli himni oxumayıblar.

Hətta İran himni səsləndirilən zaman baş məşqçi gülüb.

Onların bu jestinin səbəbi açıqlanmayıb.

Oyun Cənubi Koreya millisinin 3-0 hesablı qələbəsi ilə başa çatıb.

visiontv.az