İki gənc Qaşqay türkü İran rejimi qüvvələri tərəfindən güllələnib
23.01.2026

İsfahan əyalətində yerləşən Şəhreza şəhərində keçirilən son etirazlar zamanı iki gənc Qaşqay türkü, Əlirza Bəxşizadə və Puria Cahangiri öldürülüb.

Əlirza Bəxşizadə Nərei boyundan, Puria Cahangiri isə Qaşqay Canbazli boyundan və Dərəşuri tayfasından idi.

Bu iki gənc xalq etirazları zamanı İran rejiminin qüvvələri tərəfindən hədəfə alınaraq öldürülüb.

Hadisəyə cavab olaraq, bir sıra Qaşqay türk fəalları, bu icmanın zülmlə mübarizədəki tarixi təcrübəsini vurğulayaraq, mövcud etirazların sadəcə İran İslam Respublikası rejiminə qarşı çıxmaq məqsədi daşımadığını, əksinə, istər teokratik, istərsə də monarxik olmaqla diktaturanın bütün formalarına qarşı yönəldiyini bildiriblər.

visiontv.az