Huşəng Cəfəri Güney Azərbaycan ədəbiyyat mühitində tanınan və yaradıcılığı ilə diqqət çəkən görkəmli şairlərdən biridir.
O, əsasən Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin milli-mədəni kimliyi, dili və sosial-mədəni həyatı ilə bağlı mövzuları poetik dillə ifadə edən şair kimi tanınır. Onun poeziyasında milli kimlik duyğusu, mədəni yaddaş və ictimai həssaslıq əsas xətti təşkil edir.
Şairin yaradıcılığında istifadə olunan simvolik obrazlar bir millətin üzləşdiyi ağır ictimai, mədəni və siyasi ayrı-seçkilikləri poetik və dolğun şəkildə ifadə edir. Bu obrazlar vasitəsilə həm fərdi hisslər, həm də kollektiv milli yaddaş bədii formada əks olunur.
Huşəng Cəfərinin şeir dili sadə, axıcı və xalq danışıq üslubuna yaxınlığı ilə seçilir. Bu xüsusiyyət onun əsərlərinin geniş kütlə tərəfindən qəbul edilməsinə və tərənnüm formasında ifa olunmasına imkan yaradır. Onun poeziyası yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında körpü yaradan üslubu ilə fərqlənir.
Ümumilikdə, o, Güney Azərbaycan poeziyasının milli duyğularını və ictimai həssaslığını poetik ifadəyə çevirən görkəmli şairlərdən biridi.
————-
Bir seli çəkə cəm sara qoynunda
Bir eli yardımsız yara qoynunda
Bir dili dilçək-siz çara qoynunda
Bir dili dilçək-siz darda çəkə cəm
Şer
Bir eli boranda qarda çəkə cəm
Bir eli baharda var-da çəkə cəm
Bir şəkil çəkə cəm göz-giləsinə
Arzular düzülə sil-siləsinə
Bir bahar salacam qış çiləsinə
Bir laləa xonçasın qarda çəkə cəm
Bir dağı çəkə cəm duman içində
Bir yaxşı bitirəm yaman içində
Bir haqqı doğruldum güman içində
Şaxtada bir ağac barda çəkə cəm
Bir seli çəkə cəm sara qoynunda
Bir eli yardımsız yara qoynunda
Bir dili dilçək-siz çara qoynunda
Bir dili dilçək-siz darda çəkə cəm
Tikili bir ağız çəkə cəm buma
Bir dərin baxış ki fikrə cuma
Yollayam şəkilini Tehrana, Quma
Bir elin yoxluğun varda çəkə cəm
Bir işıq çəkə cəm uzaqdan atıb
Bir dəniz çəkə cəm dənizə batıb
Bir eli çəkə cəm min ildi yatıb
Var-lığın bilmərəm harda çəkə cəm
Nə deyim dil-siz bir baş çəkənmirəm
Sinəmdə ürək var daş çəkənmirəm
Elimin gözündə yaş çəkənmirəm
Bu elin mahnısın tardə çəkə cəm
Elimi baharda var-da çəkə cəm
Sadiq İsabəyli
visiontv.az