Oskar Akademiyası tərəfindən 16-cı dəfə təşkil olunan "Governor Awards" mərasimində bir çox məşhur ulduz qırmızı xalçanın üzərində yarışa çıxıdılar.
BAKU.WS xəbər verir ki, Dakota Conson, Gucci-dən sonra Valentino brendini seçərək incə zövqünü nümayiş etdirib.
![]()
![]()
Cenifer Laurens isə Dior-dan seçdiyi ağ, drapeli və yırtmaçlı libası ilə diqqət çəkib.
![]()
Ariana Qrande isə məşhur stilist Law Roach-un məsləhəti ilə bej-çəhrayı tonlarında, bitki işləməli, rəngli daşlarla bəzədilmiş arxiv modelini geyinib.
![]()
Kintia Erivo Givenchy imzalı çiçəkli və püsküllü libası ilə qırmızı xalçada yeriyib.
![]()
Mərasim qırmızı xalısında şou zamanı ulduzların zərif və möhtəşəm tərzləri izləyicilərin diqqətini çəkib.
Visiontv.az