HƏMAS tonlarla uşaq yeməkləri, quru süd və başqa bu kimi ərzaqları anbarlarda gizlədərək, Qəzzada süni aclıq yaradıb və bundan İsrailə qarşı təbliğat vasitəsi kimi istifadə edir.
Bunu ABŞ-da mühacirətdə yaşayan fələstinli fəal əl-Xətib deyib.
O, sosial mediada paylaşdığı videoda HƏMAS-ın Səhiyyə Nazirliyinə məxsus anbarlarda çox miqdarda uşaq qidasını gizlətdiyinə dair faktlar paylaşıb.
“Son altı ay ərzində Qəzzada aclıq böhranının ən pis günlərində HƏMAS qəsdən tonlarla uşaq qidasının paylanmasına imkan verməyib",- Əl-Xətib X səhifəsində yazıb.
Qeyd edək ki, bundan əvvəl də, HƏMAS-ın Qəzzaya göndərilən ərzaq mallarını anbarlarda gizlətdiyi, onların ehtiyacı olan insanlara çatdırılmasının qarşısını aldığı barədə məlumatlar yayılıb.
visiontv.az