Həm hərb, həm də diplomatik meydanda Ukrayna üçün işlər heç də yaxşı getmir
16.12.2025

Avropa və Ukrayna Donbasdan Ukrayna qoşunlarının çəkilməsi və bu ərazidə hərbisizləşdirilmiş zona yaradılmasını təklifini qəbul edib. Bu barədə Le Monde nəşri yazıb. Avropanın bu təklifi qəbul etməsinin bir neçə önəmli səbəbi var. İlk növbədə Ukraynada davam edən müharibə Rusiyanın enerji bazarından çıxmasına səbəb oldu ki, bu da enerji qiymətlərində güclü artıma səbəb olur. Bu isə Avropa ölkələrinə sərf etmir.

Digər önəmli bir məsələ isə Ukraynaya yardıma görə Avropa ölkələrinin silah ehtiyyatının kəskin şəkildə tükənməsidir. Rusiya hazırda " qoca qitə " nin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Buna görə də Avropa silah məsələsində çox da ağırlıq etmək istəmir. Ukrayna üçün isə bu zərurətdən irəli gələn bir qərardır. Rəsmi Kiyev həm canlı qüvvə, həm sursat, həm də hava hücumundan müdafiə sistemləri çatışmazlığı yaşayır. Donbas xətti Ukrayna üçün ən çətin sahədir. İkinci bir tərəfdən isə buna onu ABŞ və Avropa ölkələri də məcbur edə bilər. Bütün hallarda, Ukraynanın Donbass xəttindən çəkilməsi Ukraynada millətçi qüvvələrin kəskin etirazı və prezident Zelinskiyə qarşı sərt mövqe ilə müşahidə ediləcək. Qarşı tərəfdə - Rusiyada isə Kreml təbliğatçıları bunu qələbə kimi təqdim edəcəklər. Görünən odur ki, həm hərb, həm də diplomatik meydanda Ukrayna üçün işlər heç də yaxşı getmir.

Siyasi ekspert Zeynal Əmrəliyev

visiontv.az