Ərdoğan Nyu Yorkdakı Türk Evində Paşinyanla görüş zamanı ona özünün “Daha ədalətli dünya mümkündür” adlı kitabını hədiyyə edib.
Çox ilginc hədiyyədir, bağışdır. Gördüyünüz kimi kitabın adında da subliminal bir mesaj var. Ərdoğan bu kitabı ədalətsiz liderlərə hədiyyə verir ki, onlar oxuyub ədalətli olmağı öyrənsinlər.
Və bu gün ədalətin, heç olmasa, əlifbasını öyrənməli olan ən birinci şəxs isə məhz Ermənistanın baş naziridir. Bu adam həm özü ədalətli olmağı öyrənməli, həm də yəhudilərin Musası kimi erməniləri arxasınca aparıb onlara da ədalətli xalq anlayışını aşılamalıdır.
Paşinyanın və bütün ermənilərin ədalətliliyi ilk növbədə onların Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından və türkəfobiyadan əl çəkməklərindən başlayacaq.
Lakin bunun nə zaman, neçə ildən sonra baş verəcəyi hələ ki məlum deyil. Və ümumiyyətlə, bu gözləntimiz baş verəcəkmi, ermənilər ədalətli toplum olmaq istəyəcəklərmi, yoxsa onlara ədalət moizələri oxumaq istəyən Nikolu tutub öldürəcəklər, heç bu da məlum deyil.
Hələlik məlum olan yeganə həqiqət budur ki, ermənilər Cənubi Qafqazın irqçi, faşist qəbiləsi olaraq qalmaqda davam edirlər.
Bəybala Mirzəyev
visiontv.az