Hakan Fidan: Türkiyə Ukrayna münaqişəsinin həlli üçün əlindən gələni etməyə hazırdır
16.06.2026

Türkiyə Ukrayna münaqişəsində vasitəçi kimi mümkün olan hər şeyi etməyə və dialoq üçün platforma təmin etməyə hazırdır.

Bunu  Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə bildirib.

Onun sözlərinə görə, Türkiyə Ukrayna münaqişəsinin həlli üçün əlindən gələni etməyə hazırdır: "Bu, vasitəçilik roluna aiddir: Türkiyə özü vasitəçilik edə bilər, ya da belə bir platforma təmin edə bilər".

Hakan Fidan vurğulayıb ki, bu qeyri-sabitlik, eskalasiya müharibənin daha da alovlanmasına səbəb ola bilər, buna görə də ona son qoymaq üçün mümkün olan hər şey edilməlidir.

Qeyd edək ki, Türkiyə  XİN başçısı Moskvaya iki günlük işgüzar səfərə gəlib.

visiontv.az