Siyadən Polad Zavodunda çalışan 280 fəhlənin əməkhaqqıları iki aydır ödənilmir
16.06.2026

İşçilər həmçinin iş yerlərində təhlükəsizlik və gigiyenik şəraitin qənaətbəxş olmamasına etiraz edirlər.

İLNA-nın məlumatına görə, zavod işçilərindən biri bildirib ki, əməkhaqqı borclarından əlavə, son 15 ay ərzində işçilərə iş geyimi, təhlükəsizlik ayaqqabısı və qoruyucu əlcəklər verilməyib. Nəticədə bəzi işçilər bu ləvazimatları şəxsi vəsaitləri hesabına almağa məcbur olublar.

Məlumata əsasən, işçilər həmçinin əməkhaqqı vərəqələrinin təqdim olunmamasına, əlavə iş saatları və bayram günlərində görülən işlərə görə sığorta haqlarının hesablanmamasına, eləcə də zavodun bəzi bölmələrində — hamam, soyunub-geyinmə otaqları, sanitar qovşaqları və yeməkxanalarda gigiyenik vəziyyətin qənaətbəxş olmamasına etiraz edirlər.

Bu sənaye müəssisəsinin işçiləri Əmək İdarəsinin müfəttişlərinin məsələyə müdaxilə etməsini, ödənilməmiş əməkhaqları, təhlükəsizlik və iş mühitinin gigiyenik vəziyyətinin araşdırılmasını tələb edirlər. Onların sözlərinə görə, indiyədək məsələ ilə bağlı aidiyyəti qurumlara edilən müraciətlər konkret nəticə verməyib.

Qeyd olunur ki, həmin işçilər daha əvvəl də əməkhaqqı borcları ilə bağlı etiraz etmişdilər.

visiontv.az