İranda edam edilən etirazçılar
16.06.2026

İslam Respublikası 2026-cı ilin əvvəlindən bəri "milli təhlükəsizlik"lə bağlı ittihamlarla ən azı 40 nəfəri edam edib.

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk açıqlama verib.

O, edam edilənlərdən 18 nəfərinin etiraz aksiyalarında işştirak etdiklərinə gərə həbs edilən şəxslər olduğunu bildirib.

Türk BMT-nin İnsan Hüquqları Şurasına İran xalqının müharibə və şiddətli repressiyalar arasında qaldığını bildirib və son aylarda təhlükəsizlik və siyasi təzyiqlərin artması ilə bağlı narahatlığını bildirib.

visiontv.az