Lavrov: Ukrayna Avropa İttifaqına qoşularsa, Aİ sadəcə dağılacaq
16.06.2026

Avropa İttifaqının təhlükəsizlik sahəsində gücləndirilməsi Rusiyaya qarşı yönəlib.

 Bunu Rusiya xarici işlər naziri  Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ukraynanın  Aİ-yə daxil olması birliyin hərbiləşdirmək istəyənlər tərəfindən istifadə olunacaq.

Eyni zamanda, Lavrov vurğulayıb ki, Ukrayna  Avropa İttifaqına qoşularsa, Aİ sadəcə dağılacaq.

"Aİ-nin daxili problemləri baxımından Ukraynanın qoşulması pis fikir olmaya bilər. O zaman onlar sadəcə dağılacaqlar",- Rusiya XİN başçısı yekunlaşdırıb.

visiontv.az